Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-28 16:58:00
  IELTS imtahanı ilə bağlı vacib  tövsiyələr- Ən sadə və faydalı metodlar

 

 

“Reading  və  listening  bölmələri  üzrə  nə qədər  çox  test  praktika  etsəniz, bir o  qədər  müsbət  nəticəsini  görərsiniz”.

 

Bu  sözlər  yaxın  zamanda  IELTS  imtahanı  vermiş  Arzu Tağıyevaya  aiddir.

 

AzEdu.az  xəbər  verir  ki, Arzu  Tağıyeva  bununla  bağlı  faydalı  olacaq vacib  təcrübə  və  məsləhətlərini  bölüşüb:

 

Lüğəti  dəqiq  mövzu  başlıqları altında  öyrənin

 


İlk öncə, lüğət  öyrənməklə  bağlı  çox  çətinlik  çəkirdim, lakin  daha  sonra sistemli  şəkildə, dəqiq  mövzu  başlıqları  altında  öyrənmək (məsələn, environment, education, house və s.) həm  speaking, həm  də  writing bölmələrində çox kömək oldu. Hər  gün  konkret  bir  mövzu seçib məhz o haqda lüğət ehtiyatlarını araşdırıb  öyrənirdim  və  beləliklə, sözlər  bir-birilə  əlaqəli  olduğu  üçün  daha rahat  yadımda  qalırdı.

 

Listening  bacarıqlarını  inkişafı  üçün  ən  faydalı  üsullar



Bildiyimiz  kimi, listening  bacarıqlarının  inkişafı  üçün  serial  və  filmlər izləmək  ən  faydalı  üsullardandır. Əlavə  olaraq  qeyd  edim  ki, dinləməkdən əlavə, sadəcə  eşitmək  də  bizə  çox  şey  qazandırır, yəni  kontekstə fokuslanmadan  da, gündəlik  işlərimizi  görərkən  arxa  fonda  obrazların nitqini  eşitmək  qulağımızı  ingilis  dilli  mühitə  alışdırır.



Mənim  maraqla  izlədiyim  seriallardan  “Friends”, “How I Met Your Mother” həm  listening, həm  də  gündəlik  ifadələrin  işlənməsi baxımından  olduqca yaxşı  qaynaqlar  idi. Həmçinin  Disney  filmləri  də  bu  cəhətdən  faydalıdır  və idiomlarla  da  sizi  yaxından  tanış  edir.

 

TedTalks  izləmək  listening  testlərini  asanlaşdırır


Digər  tərəfdən, listening  testlərində  istifadə  olunan  audiolardakı  səslər bir-birindən  fərqli  olduğuna  görə  TedTalks  izləmək  bu  fərqlilikləri  anlamanı asanlaşdırır.



Son olaraq, reading və listening bölmələri üzrə nə qədər çox test praktika etsəniz, bir o qədər müsbət nəticəsini görərsiniz.



British Council  heyəti  hər  mərhələdə  mənimlə  maraqlandı


Bir  çoxları  kimi  mən  də speaking  bölməsində  olduqca  narahat  idim, lakin examiner’in  səmimi  dəstəyi  ilə  imtahan  çox  rahat  şəraitdə  keçdi.



Ümumilikdə, British  Council  heyəti  hər  mərhələdə  mənimlə  çox  səmimi şəkildə  maraqlandı  və  bu  həyəcanımı  atmağına  çox  kömək oldu  həqiqətən.



Qeyd  edim  ki, mənim  imtahanım  computer-delivered  idi, texniki  təchizatda da  heç  bir  problemlə  qarşılaşmadım, rahatca  verdim.



Heç bir şəkildə özünüzü "orda çətindir, burda asandır" tipli düşüncələrlə yormayın, xüsusilə imtahan qabağı.  Əhval - ruhiyyəniz  çox  önəmlidir  və  nəticənizə  təsir  edir.