Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-24 11:52:00
Bakı məktəblisi təhsilini davam etdirmək üçün Alabama universitetindən dəvət aldı  

Nüfuzlu xarici təhsil müəssisələrinin diqqətini cəlb edən paytaxt məktəblərinin şagirdlərindən biri də Bakı şəhəri 175 nömrəli tam orta məktəbin X sinif şagirdi Nigar Alşanovadır.

Onun onlayn formada keçirilən ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğur qazanaraq, "Volfram tədqiqat mükafatı"na layiq görülmüş tədqiqat işi ABŞ-ın təhsil müəssisələrinin diqqətini cəlb edib.

Belə ki, N.Alşanovaya Alabama Universitetinin nəzdində fəaliyyət göstərən Birminqem Sənət və Elm Kollecindən, eləcə də Milvauki Mühəndislik Məktəbindən təhsilini və tədqiqatını davam etdirmək üçün dəvət gəlib.

Eyni zamanda tədqiqatyönlü ali təhsil müəssisələri olan Renseiler Politexnik İnstitutu, Templ Universiteti və Florida Texnologiya İnstitutu da N.Alşanovanı tədqiqatını inkişaf etdirmək üçün yaradıcılıq və araşdırma düşərgələrinə dəvət ediblər.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları