https://www.zirve.edu.az/
26.11.2020 15:54
Tələbələrin  qaiblərinin  silinməsi  ilə  bağlı  Nazirliyə  müraciət  EDİLDİ

Pandemiya dövründə  ölkədə  internetin  zəif  olması  səbəbi  ilə  tələbələrin dərsə  qoşulmasında  problemlər  yaranır.

 

Müxtəlif  universitetlərdən  olan  çox  sayda  tələbələr  onlayn  dərs  prosesindən  narazıdır.

 

Tələbələr  bildirirlər  ki, əsas  olaraq   internet   sürətinin  zəif  olması  səbəbi  ilə  dərsə  qoşula  bilməmələri   və  müəllimlərin  də  bu  problemi  nəzərə  almadan  onlara  qaib  yazmalarıdır.

 

AzEdu.az   xəbər  verir  ki, bununla  bağlı  ölkə  üzrə  əksər   tələbələrin  ətrafında   birləşdiyi  “Azərbaycan  Universitetləri” səhifəsi   müraciət  edib.

 

“Azərbaycan  Universitetləri”  ali  təhsil  müəssisələrindən  olan  çox  sayda  tələbələrin  şikayətlərinə  əsasən, Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinə  müraciət  ünvanlayıb.

 

İnternet   bağlantısında  kəsintilər   olan  zaman   yazılan  qayıblar  tələbələrdə  narazılıq   yaradır. Belə  olacağı  təqdirdə  tələbələrin  kəsr  problemi  ortaya  çıxır. Eyni  zamanda  bəzi  universitetlərin  imtahan  suallarını  tələbələrə  verməməsi  və  üstəlik  güzəştlərin  olmaması  tələbələrin  şikayətlərinin  əsas  səbəblərindəndir.

 

Universitetlərə  fərdi  olaraq  şikayətləri  yönləndirdikdə  isə  - “Nazirlik  bu  barədə  qərar  verməldir” -  deyə  bildirirlər.

 

Müraciətdə  deyilir:

 

“Semestr  ərzində  və  ən  əsası  imtahan  sessiyasında  tələbələrə  mümkün  olan bütün  güzəştlər  edilməsi  üçün  cənab  nazirə  müraciət  edirik. Universitet  rektorlarına  tövsiyyə  və  ya  göstəriş  verməyinizi  xahiş  edirik. 2020- ci  il bizə  Qarabağ  qələbəsini  gətirdiyi  kimi  bu  qələbənin  əsas  memarları  olan  gənclərin  istəyini  yerinə  yetirəcəyinizə  əminik.”

 

Qeyd  edək  ki, müraciət  eyni  zamanda  nazirliyin  digər  rəsmi  şəxslərinə  də  göndərilib.

Ayşən Mustafayeva
Müəllifin digər yazıları