https://www.zirve.edu.az/
22.11.2020 12:58
Tədris proqramının tərtibi zamanı bunlara mütləq diqqət edilməlidir - VACİB

Tədris proqramı  hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəddir.

 

AzEdu.az xəbər verir ki, tədris proqramının tərtibi fəaliyyətə yeni başlayan  müəllimlər arasında fikir ayrılıqlarına səbəb olur.

 

Əvvəllər bir qayda olaraq tədris proqramları əlyazma şəklində istifadə olunduğu halda, indi tamamilə müəllimin seçiminə buraxılır. Hazırda müəllimlər proqramların  elektron çap versiyasına üstünlük verir. Bu proqramda dəyişiklik etmək üçün də əlverişlidir.

 

Müəllim  mövzulara ayrılan dərs saatlarını artırıb-azalda, yaxud  vaxtlarında dəyişiklik edə bilər.

 

Proqramlar metodik vəsaitlər əsasında hazırlanır. 2020-2021-ci il tədris proqlamlarına bütün fənlər üzrə mart-iyun aylarında keçirilən mövzuların təkrarı ilə bağlı 3 saat dərs  əlavə olunub.

 

Mövzulara  ayrılan dərs saatları proqramda ümumi şəkildə göstərilsə də, sinif  jurnalında ayrı-ayrılıqda yazılmalı, standartlar qeyd olunmaldır. Proqramda istənilən sayda standart yazıldığı halda, sinif jurnalında maksimum 3, minumum 2 standart yazılır.

 

Qeyd edək ki, tədris proqramı  məktəb direktoru tərəfindən yoxlanılır və təsdiq olunur.