Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-16 14:02:00
  Son günlərdə təhsillə bağlı ən mühüm bilgilər – Nazirdən vacib sitatlar

 

AzEdu.az Böyük Qələbə günləri ərəfəsində ən yaddaqalan təhsil sitatlarını təqdim edir:

 

Təhsil naziri: "Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib"

 

“Son iki həftədə bütün təhsil müəssisələrində tətil elan edilib. Bu, ən optimal qərar idi”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir deyib ki, sentyabrın 27-dən erməni təcavüzünə qarşı müharibə başlayandan ölkənin 20-yə yaxın bölgəsində tədris dayandırılmışdı:

 

“Son iki həftədə bu aqressiyanın həm məktəblərə, həm mülki əhaliyə qarşı tətbiq edildiyini gördük. Hazırda Azərbaycan terrorçu dövlətlə mübarizə aparır. Son bir ayda bu təcavüz nəticəsində 9 şagirdimiz dünyasını dəyişib. Eyni zamanda 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb”.

 

Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb - Nazir 

 

Erməni təxribatı nəticəsində 50-ə yaxın məktəb yararsız hala düşüb.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, sentyabrın 27-dən erməni təxribatının təsiri yalnız cəbhə bölgəsinə deyil, cəbhədən kənar rayonlara da təsir edib. Bu təxribat nəticəsində 9 şagird dünyasını dəyişib.

 

Təhsil naziri: "İstifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək”.

 

"Ölkədə bir sıra onlayn platformaların işinin bərpası istiqamətində işlər aparılıb.

 

Bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, aidiyyəti orqanlarla birgə testlər aparılıb:

 

"Bir çox hallarda görürük ki, insanların VPN-lərdən istifadəsi problem yaradır. Artıq istifadəyə verəcəyimiz platformalar VPN-siz işləyəcək".

 

“Ən optimal qərar tədrisin distant formada həyata keçirilməsidir” – Emin Əmrullayev

 

“COVİD-19  virusunun sürətlə yayılması və ölkədəki hərbi vəziyyət də məlumdur. Eyni zamanda internetin ölkə ərazisində məhdudlaşdırılması da nəzərə alınaraq təhsil müəssisələrində tətil elan edildi”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Bu müəllimlərin sağlamlığını xüsusilə qorumalıyıq – Emin Əmrullayev 

 

“Şagird və müəllimlərin sağlamlığı ən vacib məsələlərdən biridir”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.  O, ölkə təhsil sisteminin  yekcins  olmadığını qeyd edib:

 

“Təhsil sahəsinə olan təziqi ən minimal səviyyəyə endirməliyik. Ölkədə təhsilalanların yaşı 5-dən 25-ə kimi insanları əhatə edir. Lakin yaşı 60-dan da yuxarı olan təhsil işçilərimiz də var və onların sağlamlığını qorumalıyıq. Buna görə də distant təhsil belə situasiyada ən effektiv variantdır”.

 

Qiymət və davamiyyətə görə şagirdlərin sinifdə saxlanılması nəzərdə tutulmur  

 

2020/2021-ci t'dris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi planlaşdırılır. Yəni, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur.

 

Bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Bu, mövcud pandemiya vəziyyəti ilə əlaqədardır.

 

Onun sözlərinə görə, hər bir şagird təhlisini davam etdirəcək.

 

Tədris müdəti qısaldılacaq? –Nazirdən cavab

 

“Tətilin elan edilməsi tədris ilinin qısaldılması anlamına gəlmir”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, qeyd edib ki, növbəti həftələrdə yoluxma halları daha çox arta bilər.

 

“Epidemioliji vəziyyətin pisləşəcəyi özlüyündə bir reallıqdır.  Biz mürəkkəb epidemioloji situasiya ilə qarşılaşa bilərik. Ona görə də bu prosesi qiymətləndirib ictimaiyyətə məlumat verəcəyik. COVİD-19 pandemiyasının nəticələri o bitdikdən sonra da davam edəcək. Biz çalışmalıyıq ki, bu məsələləri aradan qaldıraq”.

 

Şagirdlər bu il sinifdə qalmayacaqlar – RƏSMİ

 

“Bu il şagirdlərin  sinifdə qalması nəzərdə tutulmur. Hər bir şagird təhsilinə davam edəcək”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

“Distant təhsil yaranmış vəziyyətdən ən yaxşı çıxış yoludur. Uzun müddətli tətildən daha yaxşıdır. Müəllimin ənənəvi olmayan üsullarla, məsələn votsapla belə şagirdinə nəsə öyrətməsi təqdirə layiqdir”.

 

İbtidai siniflərdə ənənəvi təhsilə keçidlə  bağlı məlumat veriləcək

 

“İstəyərdik ki, birinci siniflər yenidən ənənəvi təhsilə qayıda bilsin”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, qeyd edib ki, qarşıdakı həftələrdə ibtidai siniflərdə ənənəvi təhsilə keçidlə  bağlı məlumat veriləcək.

 

“Biz ibtidai siniflərdə ənənəvi tədrisin tərəfdarı idik. Lakin ölkədə yoluxma halları 1000-i keçdi. Ona görə də belə məqamda ənənəvi tədrisin təşkili mümkün deyil. Lakin qarşıdakı həftələrdə vəziyyətdən aslı olaraq qərar qəbul edilə bilər”.

 

Bağça və məktəbəqədər müəssisələrdə distant təhsil olmayacaq  

 

Bağçalarda təlim-tərbiyə hələ ki, bərpa edilmir.

 

Bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, bağçalarda onlayn təhsil mümkün olmadığına görə tədris bərpa edilmir:

 

"Amma bağça və məktəbəqədər müəssisələr istəyərsə öz təşəbbüsləri ilə onlayn təhsil verə bilərlər

 

Şagird yerdəyişməsindəki fasilə bu tarixdən bərpa olunacaq

 

“Şagird yerdəyişməsindəki fasilə növbəti həftədən aradan qaldırılacaq”.

 

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir bildirib ki, əvvəlki dövrlərdə müəyyən qeyri-müəyyənlik var idi: “Mənə elə gəlir ki, növbəti həftələrdən sistem işə salına biləcək”.

 

Bölgələrdə 100 məktəbə fiber optik internet çəkiləcək

 

Bölgələrdə intenet problemi ilə əlaqədar növbəti illərdə 100 məktəbə fiber optik intenet çəkilməsi planda var.

 

Bunu Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları