Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-10 11:55:00
Müzəffər Ali Baş Komandanın qələbəsi Azərbaycan tarixinin şanlı səhifəsidir

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni tarix yazdı. Bu bəyanatın imzalanması Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsidir. Sentyabrın 27-də Ermənistanın təxribatı ilə başlanan ikinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev üç cəbhədə mübarizə apardı, həm müharibə, həm diplomatik-siyasi, həm də informasiya cəbhəsində. Müzəffər Ali Baş Komandanın qələbəsi Azərbaycan tarixinin şanlı səhifəsidir.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev deyib. O bildirib ki, noyabrın 8-i şuşalılar üçün xüsusilə əlamətdar bir gün oldu. Sentyabrın 27-dən ötən 44 gün ərzində torpaqlarımız, strateji məntəqələrimiz düşmən işğalından azad edildi. Lakin Azərbaycanın incisi Şuşanın azad olunması torpaqlarımız uğrunda mübarizədə mühüm əhəmiyyət kəsb edirdi.

 

Təvəkkül Əliyev diqqətə çatdırıb ki, tarixən Şuşanın özünəməxsus təhsil ənənəsi olub: “1830-cü ildə Zaqafqaziyada ilk dəfə olaraq Şuşada dünyəvi məktəb açılıb. Sevindirici haldır ki, torpaqlarımız işğalda olan müddətdə də Şuşanın təhsil ənənəsi qorunub saxlanıldı. Hazırda Şuşanın 21məktəbi fəaliyyət göstərir. İnanıram ki, tezliklə məktəblərimizin fəaliyyəti öz tarixi yerində, Şuşada bərpa olunacaq”, - deyə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev qeyd edib.