Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-30 11:22:00
Bu müəllimlərin sağlamlığını xüsusilə qorumalıyıq – Emin Əmrullayev  

 

 

 

“Şagird və müəllimlərin sağlamlığı ən vacib məsələlərdən biridir”.

 

AzEdu.az xəbər verir ki, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.  O, ölkə təhsil sisteminin  yekcins  olmadığını qeyd edib:

 

“Təhsil sahəsinə olan təziqi ən minimal səviyyəyə endirməliyik. Ölkədə təhsilalanların yaşı 5-dən 25-ə kimi insanları əhatə edir. Lakin yaşı 60-dan da yuxarı olan təhsil işçilərimiz də var və onların sağlamlığını qorumalıyıq. Buna görə də distant təhsil belə situasiyada ən effektiv variantdır”.

 

Qeyd edək ki, 2 noyabrdan ölkəmizdə təlim və tədris prosesi distant formada başlayacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları