https://www.zirve.edu.az/
24.10.2020 12:03
Coğrafiya və riyaziyyat fənləri üzrə qəbul imtahanı proqramları təkmilləşdirilir

Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, coğrafiya fənni üzrə gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.

Öncə qüvvədə olan 6-11-ci sinif dərslikləri əvvəlki illərin nəşrləri ilə müqayisə edilərək fərqlər müəyyən olunub. Qəbul proqramında bununla bağlı müvafiq təkmilləşdirmələr aparılıb.

 

Riyaziyyat fənni üzrə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanları üçün proqram və imtahan modeli müzakirə edilib.
Müzakirələr zamanı gündəlik məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib. Söylənilmiş təkliflər proqramların təkmilləşdirilməsində nəzərə alınıb.

 

Müzakirələr oktyabrın 30-dək davam etdiriləcək.