Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-22 10:36:00
Bu il təhsil haqqından azad ediləcək tələbələr – Şərtlər

 

Təhsil  Nazirliyinin  açıqlamasına  əsasən, keçən semestr olduğu kimi  bu  semestr də sosial baxımdan həssas ailə qrupuna aid  olan tələbələrin təhsil haqqıları dövlət tərəfindən ödəniləcək.

 

Universitetə  yeni qəbul olan tələbələr üçün  e-telebe.edu.az  portalı  oktyabrın 7-dən  etibarən  aktivləşdirilib. Əvvəlki semestrdə  qeydiyyatdan  keçən yuxarı kurs tələbələri üçün isə müraciətlər birbaşa  olaraq  göndərilib və qeydiyyata alınıb.

 

AzEdu.az  xəbər verir ki, ailəsi aşağıda qeyd edilən qruplardan hər hansı birinə aid olan tələbələr təhsil haqqından azad ediləcək:

 

1.Ünvanlı dövlət sosial yardımı alanlar;

 

2.Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

2.2. işsiz kimi qeydiyyatda olanlar;

2.3. yaşa görə əmək pensiyaçıları;

2.4. yaşa görə sosial müavinət alanlar.

 

3.Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək bu Qərarın icrasını təmin edəcək.

 

4.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin edəcək.

 

Qeyd edək ki, bu  proses Baş Nazir  Əli Əsədovun  2020-ci ilin aprel ayında  imzaladığı  qərara əsasən həyata keçirilir.

 

Qərar “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə imzalanıb.