Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-19 13:27:00
Moskvada təhsil alan azərbaycanlı tələbələr erməni təbliğatına qarşı etiraz edir

Dağlıq Qarabağ müharibəsinin təsiri erməni diasporunun səyləri ilə Moskvanın ali təhsil müəssisələrinə də yayılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazır.

 

Qeyd olunur ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) “İdarəçilik və siyasət” fakültəsinin dekanı Henri Sərdaryanın səyləri Ermənistanın Soros hakimiyyətinin təbliğat məkanına çevrilir. Bu təbliğat prosesində Rusiyanın milli maraqları və strateji tərəfdaşlarla, xüsusilə də Türkiyə ilə münasibətləri şübhə altına alınır.

 

Vəziyyət o yerə çatıb ki, MDBMİ tələbələri institutda nifrəti körüklədiyi üçün dekanın azad olunmasını tələb edir.

 

Tələbələr bununla bağlı hətta petisiya da tərtib edib. Hazırda bu petisiyanı 1 200 tələbə imzalayıb.