Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 17:09:00
BŞTİ və AzEdu.az-ın ortaq layihəsinə qatılmaq istəyən direktorların NƏZƏRİNƏ-ŞƏRTLƏR

Bakı Şəhəri üzrə Təhsil İdarəsi  (BŞTİ) və AzEdu.az təhsil portal  tərəfindən məktəb direktorları üçün nəzərdə tutulan yeni layihəyə olan marağı nəzərə alaraq qaydalar ilə bağlı daha ətraflı açıqlama veririk:

Layihə çərçivəsində məktəb direktorları məqalələrini aşağıdakı plan əsasında reallaşdırmalıdırlar:

Yeni dərs mühitində ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı  Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin tələblərinin icrası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermək;

 Uğurlu təcrübənin digər təhsil müəssisələri üçün nümunəyə çevrilməsi məqsədilə öz fikirlərini bölüşmək;

Məktəblilərin asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə şagirdlərlə iş və onlara müvafiq tövsiyələrin verilməsi;

Maarifləndirmə məsələləri;

- məktəbliləri onlayn dərslərə adaptasiya etmək;

- distant təhsilə cəlb olunmuş şagirdlərin internet resurslarından asılılıq hallarının qarşısını almaq;

-mövcud vəziyyətlə əlaqədar olaraq şagirdlərə sağlam qidalanmaqla bağlı tövsiyələr vermək;

- xüsusi karantin rejimi dövründə idman və akt zallarına, kitabxanaya dair tələblərə riayət olunmasına nəzarət etmək.

Distant təhsilin təşkili;

Məktəbdə gigiyenik qaydaların tətbiqi;

 -təhsil müəssisələrinin binalarında və otaqlarda, dəhlizlərdə dezinfeksiya və təmizlik işlərinin aparılması;

- sinif otaqlarının mütəmadi havalandırılması;

- əllərin dezinfeksiya olunması;

- sanitar qovşaqlarda zəruri şəraitin yaradılması;

Məktəbdaxili davranış qaydaları (müəllim və şagirdlər).

Məqalələr maksimum 5000 işarə həcmində (Arial, 12-lik şriftlə, 1,5 intervalla, maksimum 2 səhifə), orijinal, səlis, aydın, statistik və yaradıcı məzmuna malik olmalıdır.

Layihə üzrə məqalələr tələb olunan meyarlara uyğunlaşdıraraq [email protected] elektron poçt ünvanına göndəriləcək. Həmçinin yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı həyata keçirilən işləri əks etdirən bir neçə fotoşəklin göndərilməsi də zəruridir.

Qeyd edək ki, “Tədrisin təşkili: yeni şərait, yeni qaydalar” adlı layihənin əsas məqsədi ümumi təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə məktəb direktorlarının tədris və təlim-tərbiyə prosesinin təşkilinə dair pedaqoq və idarəedici kimi praktik təcrübəsini, müvafiq təklif və tövsiyələrini bölüşmək, həmçinin məktəb kollektivi, şagird və valideynlərin mövcud vəziyyətdə davranış qaydaları ilə bağlı münasibətini ictimailəşdirməkdən ibarətdir.

https://azedu.az/az/news/35567

 

 

#BakıTəhsilİdarəsi #AzEdu #BakuAzEdu #BŞTİ #Məktəb #Müəllim  #YeniLayihə

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları