Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 10:33:00
Əsgərə məktub - “Gülən gözlərimi bir də yaşlı qoymayın, igid əsgərlərim” – Məktəbdən səngərə  

 

AzEdu.az təhsil portalı “Məktəbdən səngərə” rubrikasına start verir.

 

Rubrika çərçivəsində müəllim və şagirdlər səngərdə torpaqlarımızın azadlığı uğrunda vuruşan əsgər və hərbçilərimizə ürək sözlərini yaza və onlara arzu və istəklərini çatdıra bilərlər.

 

Rubrika çərçivəsində bu dəfə  Sabirabad rayonu S.Ağayev adına Axtaci-muğan kənd tam orta məktəb kimya müəllimi Ruhəngiz Əkbərovanın məktubunu təqdim edəcəyik. 

 

O, cəbhədə döyüşən əsgərlərimizə arzu və diləkləri ilə dəstək verdi.

 

Sabirabad rayonu S.Ağayev adına Axtaci-muğan kənd tam orta məktəb kimya müəllimi Ruhəngiz Əkbərova:


Mən gözümü açıb Qarabağ müharibəsiylə yaşayan Qarabağ həqiqətlərinin şəhidlərin şagirdlərimə göz yaşıyla qəlb ağırsıyla çatdıran müəllim idim. Bu günsə qürurla sevinc göz yaşıyla əsgərimdən gələcək qələbə xəbərlərin şagirdlərimə çatdıran və yolunuzu gözləyən müəlliməm. Bu sevinən ürəyimi gülən gözlərimi bir də yaşlı qoymayın, igid əsgərlərim! Vətən sizin yolunuzu gözləyir sağ salamat, torpaqlarımızla birgə yurdumuza gəlin allah amanında.

 

Vətən Müharibəsində torpaqlarımızın azadlığı və onların erməni təcavüzündən xilas olması üçün mübarizə aparan əsgərlərimizə mənəvi dəstək olmaq məqsədi ilə təhsil ictimaiyyəti ürək sözlərini [email protected] email ünvanına göndərə bilər.

 

Şərtlər:

 

1.Şagirdlər oxuduqları məktəbi və sinfi, müəllimlər isə çalışdıqlar məktəb və tədris etdikləri fənni  qeyd etməlidir;

 

2.Göndərilən mətn bir abzaslıq formatda olmalıdır;

 

3.Məntlə bərabər şəkil və şeir nümunələri də qəbul edilir.

 

AzEdu.az olaraq müəllim və şagirdlərin diləklərini əsgərlərimizə çatdırmağa hazırıq!

 

Qarabağ  Azərbaycandır!