Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-28 22:13:06
Meksikalı səfir ADU-da - FOTO

Fevralın 28-də Azərbaycan Dillər Universitetində (ADU) Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores tələbələrlə görüşüb.

ADU-nun İspan dili mərkəzi və Meksika səfirliyinin əməkdaşlığı çərçivəsində baş tutan görüşdə səfir Meksikanın tarixi, coğrafi-mövqeyi, ərazisi, əhalisi barədə danışıb.

Meksikanın iqtisadiyyatından bəhs edən səfir ölkədə məhsulların ixracı və idxalı, 2017-ci ilin iqtisadi göstəricisi haqqında məlumat verib. Meksikanın qonşu ölkələrindən söz açan Xuan Rodriqo Labardini Flores ölkənin turizm sahəsində aparılan işlərdən, turizm məkanlarından söz açıb. O, həmçinin ispan dilinin istifadəsi və formaları haqqında məlumat verib.

Azərbaycan və Meksika arasında oxşar və fərqli cəhətlərdən söz açan səfir cari ildə təmsil etdiyi ölkədə də Prezident seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb.

Görüş müzakirələrlə davam edib.

ADU_6531.jpg