Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 14:09:00
“Vikipediya”da şəhid general Polad Həşimov haqqında müxtəlif dillərdə məqalə yaradılır    

“Vikipediya”nın müxtəlif xarici dil bölmələrində Azərbaycanın görkəmli şəxsiyyətləri, tanınmış elm və incəsənət xadimləri, Milli qəhrəmanları haqqında məqalə yaradılması prosesi davam edir. “Vikipediya”nın xarici dil bölmələrində şəhid generalımız Polad Həşimov haqqında məqalələr yaradılır və yerləşdirilir.

 

Bu barədə AzEdu.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Polad Həşimov haqqında “Vikipediya”nın fars dili bölməsində məqalə yaradılıb. Məqalədə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş generalın həyatı və şücaətləri barədə məlumatlar yer alıb.

 

Məqaləni fars dilinə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Beynəlxalq əlaqələr idarəsinin fars dili üzrə aparıcı mütəxəssisi Əli Şükrü çevirib. Məqalə fars bölməsində alim-tədqiqatçı Ələddin Məlikov tərəfindən yaradılıb. E.Eltürk qeyd edib ki, “Vikipediya”nın fars dili bölməsində digər mövzularda da materialların yaradılması nəzərdə tutulur.