Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-26 11:17:00
Düşüncə Nədir? – Pozitiv Düşünməyin Qızıl Qaydaları

İnsanların xəyali şəkildə zehinlərində nəql etdikləri, qət etdikləri yol düşüncədir. Düşüncə insan həyatının demək olar ki, hər yerini əhatə edir.
Düşüncələr pozitiv və neqativ olmaqla iki yerə bölünür

Neqativ düşüncələr: Bu düşüncəyə sahib olan insanlar daha çox ya gələcəkdə ya da keçmişdə yaşayırlar. Onlar gələcək qayğıları və keçmiş acıları ilə indiki zamanın mənasını çox az və yaxud heç anlamazlar. Bu tip insanlar, hətta, o həddə çata bilər ki, hər xoşbəxtlikdə bir şübhə, hər sevincdə bir qəm, kədər axtararlar. Əslində onlar həyatın dayanıqlı insanlarıdır. Lakin nə yaşayıblarsa, insanlara qarşı güvənsizlik içində olarlar. Daima həyatdan hər şey gözləyərlər və bu gözləntilər çox zaman mənfi yöndə olar. Xoşbəxt olsalar belə, bu düşüncələr onları elə ələ alar ki, onun qısa olacağını zənn edərlər. Və olar da. Hətta belə bir deyim deyərlər: “Bu gün çox güldüm, bir həftə ağlayacam. “Bu aralar hər şey yolunda gedir, mütləq nəsə çox pis bir şey olacaq” və s. Bu tip cümlələr ətrafınızda çox eşitmisiz. Belə adamlar o həddə çatar ki, artıq öz neqativliyini ətrafa saçar, digər insanların da yaşayışına, həyatına təsir edərlər.

Pozitiv düşüncələr: Həyatın hər rəngini müsbət görmək müsbət analiz etməkdən qaynaqlanır. Desəniz ki, pozitiv düşünmək üçün nə etməliyik?
Əslində bunun üçün xüsusi bir formul yoxdur. Həyatda hər şeyi normal qarşılamaq kifayət edər. Yaxınlarınızdan, heç vaxt gözləmədiyiniz insanlardan belə hər şeyi gözləmək lazımdır. Bu o demək deyil ki, hər kəsə şübhə etməliyik və yaxud hər kəsdən uzaqlaşmalıyıq. Xeyr, tam əksinə onlara yaxın olmalı, amma özümüz haqqında şəxsi məsələləri hər kəslə bölüşməli deyilik. Belə bir deyim var “Hər anını danışan, dəyərsizləşər”. Doğrusu budur, bəli. İnsanlarla normal şəkildə məsafə saxlamaq, öz sərhədlərinizi bəlirli etmək lazımdır. Belə olduqda hər kəsə qarşı daha məntiqli olacaqsız. Bu isə özlüyündə həyatın acısını, şirinini daha yaxşı seçməyinizə səbəb olacaq. Və artıq olan hadisələr normal gələcək. Yaşadığınız mənfilərdən belə müsbətlər tapmağa başlayacaqsız. Keçmiş bizim üçün sadəcə bir dərs, təcrübə olmalıdır. Gələcək üçün isə indiki andan yola çıxmalıyıq. İndi etdiyimiz, yaşadıqlarımız gələcəkdə bizi lazım olan doğru yerə aparacaq.

“Hər an aldığınız nəfəs üçün belə şükür etmək lazımdır. Sizin yerinizdə olub hələ də görmək, hiss etmək, yaşamaq istəyən yüzlərlə insan var. Bu qədər insan içindən ən şanslısı sizsiz. Elə isə pozitiv niyə də düşünməyəsiz?” – Amanda Ruizi, AKR İctimai Əlaqələr firmasının yaradıcısı və sədri.

Pozitiv və düşüncəli olun, heç nəyin ağlınızı qarışdırmasına icazə verməyin. Əgər problemi həll edərkən, hər şey sənin planına uyğun getmirsə, cəsarətini itirmə. Şəxsi həyatında və işində olan hər şeyi idarə edə bilməzsən. Çətinliklərlə razılaş və müsbət nəticə əldə etmək üçün əlindən gələni et. Nə qədər çox çalışsan, sonda mükafatın da bir o qədər böyük olacaq.
Cenifer Benz, “Benz Communication” adlı cəmiyyətin yaradıcısı və rəhbəri: “19 yaşım olanda, mənə xərçəng diaqnozu qoyuldu və elə həmin il müalicə olundum. Bunun sayəsində, optimist və pozitiv dünyagörüşü qazandım. Amma bu pozitivliyi davam etdirmək təbii ki, davamlı zəhmət tələb edir. Kefim olmayanda neqativ düşüncəmi dəyişməyin ən yaxşı yolu şükr etmək və hər gün yaşamağa dəyər bir şey tapmaqdır. Məsələn, keçən il bizneslə əlaqəli səyahətlərdən bezəndə, uçuş zamanı həyatım boyunca əldə etdiklərimə şükr etmək və təyyarədə olmağın necə inanılmaz olduğu barəsində düşünməyə başlayırdım”.

Həyat hər zaman yaşamağa dəyərdir. Rəngarəngdir. Yetər ki biz bir səbəb axtaraq mütləq tapacayıq. Gözəl düşüncələr hər kəsə..(bilgisel)