Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-24 12:21:00
Gənc şairin ilk kitabı çap olunub

“Əbədi Qışdayam”, “Evdə deyiləm”, “Bağışla” və s. şeirləri ilə tanıdığımız gənc yazar Orxan Hacıyevin “101 gün” adlı ilk şeirlər toplusundan ibarət kitabı yayımlanıb.

 

AzEdu.az  xəbər verir ki, kitab 4 hissədən ibarət olmaqla (Həyat, Qadın, Sevgi və 101 gün) 113 şeirdən ibarətdir.

 

Sözügedən kitabda yer alan şeirlər yazarın yaşadıqları, eyni zamanda təxəyyülünün köməyi ilə yaratdığı obrazlarla ərsəyə gəlib.

 

Kitabda müxtəlif mövzulara toxunan gənc yazar “101 gün” adlı hissəni real hadisələrə əsaslanaraq yazıb.