https://www.zirve.edu.az/
03.09.2020 15:16
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlığını genişləndirir

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “İmprotex Motors” şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, şirkətlə əməkdaşlığın əsas məqsədi təhsilalanların ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdir. Memorandum çərçivəsində yeni tədris ilindən etibarən mütəmadi olaraq ustad dərsləri, təlimlər təşkil olunacaq, həmçinin təhsilalanlar istehsalat təcrübəsinə cəlb ediləcəklər.

 

Bundan əlavə, tərəflər məlumat mübadiləsi və məsləhətləşmələrin aparılması məqsədilə qarşılıqlı maraq kəsb edən mövzularda konfranslar, seminar və təlim proqramları üzərində işləyəcəklər.

 

Özəl sektorun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan bu şərait avtomobil ixtisası üzrə təhsilalanların sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək verəcək.