Azedu.az

Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir

Məktəblər

12 Avqust 2020, 10:23
Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı Qabal kəndində yeni ictimai məktəb inşa olunur.

 

AzEdu.az xəbər verir ki, ötən gün ölkənin baş naziri Giorgi Qaxaria hakim Gürcü Arzusu Partiyasının liderləri ilə birgə kəndə baş çəkib və tikinti işləri ilə tanış olub.

 

Azərbaycandilli məktəb 300 şagird üçün nəzərdə tutulub və müasir standartların tələblərinə tam cavab verəcək.  

 

Laqodexi bələdiyyəsində 30 ildən çoxdur yeni təhsil müəssisəsi inşa olunmayıb. Bu il Bələdiyyələrin İnkişafı Fondunun vəsaiti hesabına rayonda biri Qabal kəndində olmaqla iki ictimai məktəb tikilir.

 

Hakim partiyadan bildirilib ki, məktəb və məktəbəqədər təhsil müəssisələrinin inşası prioritet olaraq qalır və 2012-ci ildən bu sahədə bir sıra layihələr reallaşdırılıb.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox