Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-04 13:37:00
Məktəblər açıldıqda bunlara xüsusi diqqət etmək lazımdır - Professordan vacib tövsiyələr

Hacəttəpə Universiteti, tibb fakültəsinin professoru Mehmet Ceyhan dünyanı əhatə edən pandemiya ilə mübarizədə məktəblərin açılmasının ən çətin qərar olduğunu bildirib. 

 

Bununla yanaşı Türkiyədə 31 avqustda məktəblərin açılması qərarını alqışladı. O, açıqlamasında bildirdi ki, məktəblərin 31 avqustda fəaliyyətə başlamasına erkən tarix deyə bilmərik, növbəti aylarda vəziyyətin daha kəskin olub-olmayacağını deyə bilmərik. 

 

Professor qeyd edir ki, aparılan son araşdırmalara görə, 10-19 yaş aralığında olanların virusu başqasına keçirmə riski daha çoxdur:

 

“Uşaqlarda əsasən virus olmur, lakin çox aktivdirlər”

 

Uşaqlarda virus yüngül hiss olunur, bəzən də heç fərqində olunmur. Bu səbəbdən onlardan qorunmaq, məsafə saxlamaq, maska taxmaq olmur.

 

“Siniflərdə ara məsafənin 1.5-2 metr olması mütləqdir”

 

Siniflərin çox yaxşı havalandırılması lazımdır.

 

Təhsil sistemi ən çətin qərar verilən sahədir. Koronavirusun 2 ildən az müddətə bitmə ehtimalı çox yüksəkdir. Lakin virusun mutasiya riski də var.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları