Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-20 15:17:00
Prezident Tahirə Allahyarovaya vəzifə verdi – Sərəncam

Prezident İlham Əliyevin Sərəncamı ilə professor Tahirə Allahyarova STM-in İdarə Heyətinin üzvü təyin edilib.

 

AzEdu.az xəbər verir ki, Tahirə Allahyarova buna qədər Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin müdiri vəzifəsində çalışırdı.

 

Qeyd edək ki, Tahirə Allahyarova 1986-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş, 1993-cü ildə "Ekoloji mədəniyyət" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildə İnstitutun "Qloballaşma və sosial ekologiyanın fəlsəfi problemləri" şöbəsində elmi işçi, 2003-cü ildən böyük elmi işçi, 2005-ci ildən isə aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, Azərbaycan Memarlıq və İncəsənət Universitetində, 1999-2009-cu illərdə Bakı Dövlət Universitetinin Fəlsəfə və sosiologiya kafedrasında müəllim işləmişdir. Alim AMEA-nın Fəlsəfə, politologiya və sosiologiya elmləri üzrə Problem Şurasının üzvüdür.

 

O, "Sosial sinergetika cəmiyyət haqqında elmlərin yeni metodoloji əsası kimi" mövzusunda doktorluq dissertasiyasını 2007-ci ildə müdafiə edərək fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almışdır.

 

Dörd monoqrafiyası (biri həmmüəlliflə), 100-ə yaxın elmi məqaləsi çap olunub.