Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-07 10:02:00
Rezidentlərin əmək haqqı məsələsi necə tənzimlənir?-İZAH

 

 

Rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığının formasıdır.

 

AzEdu.az Rezidentura təhsilinin məzmunu və təşkili QAYDALARINA əsasən rezidentlərin maaşı haqda informasiyanı təqdim edir:

 

 Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya müvafiq ixtisaslar üzrə qəbulu hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Rezidenturaya qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir.

 

Rezidentlər Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq əmək məzuniyyəti hüququna malikdirlər. Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir.  Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları