Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-05 10:00:00
"İlin gənc müəllimi-2020" müsabiqəsinə müraciət tarixi artırıldı-DƏQİQ TARİX

"İlin gənc müəllimi-2020" müsabiqəsinə müraciət müddəti uzadıldı.

 

Bu müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə təşkil olunur.

 

"İlin gənc müəllimi-2020" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, ilhamverən fəaliyyətləri ilə şagirdlərə, müəllim həmkarlarına dəstək olan, müasir dərs metodları ilə keyfiyyətli və yaradıcı təhsil mühiti yaradan, cəmiyyət üçün faydalı işlər görən ən yaxşı gənc müəllimləri ortaya çıxarmaq, onları tanıtmaq və mükafatlandırmaqdır.

 

AzEdu.az xəbər verir ki, müsabiqə 3 turda həyata keçiriləcək. İlkin olaraq birinci mərhələdə iştirakçılar müraciət formunu doldurmalıdır. Hər bir müəllim şəxsən özü qeyd olunan linkə daxil olaraq ona təqdim olunan sualları cavablandırmalıdır.

Çoxsaylı müraciətləri nəzərə alaraq 35 yaşa qədər qoyulan limit aradan götürülür, yüksək nəticələri nəzərə alınmaqla bəzi hallarda 39 yaşadək (39 yaş da daxil olmaqla) olan müəllimlərə müsabiqəyə qatılmaq şansı verilir.

 

Müsabiqədə dövlət orta məktəblərində və özəl orta təhsil müəssisələrində müəllim işləyənlər iştirak edə bilər. Staj məhdudiyyəti tətbiq olunmur.

 

Əvvəlki illərdə (2018-ci və 2019-cu illərdə) finalçı olmuş (10-luğa daxil olan) müəllimlərin isə təkrar müraciət etməsinə icazə verilmir.

 

Müraciət sənədində (google docs) aşağıdakı bölmələr doldurulmalıdır:

 

- Ad, soyad və ata adınız;

 

- Doğum tarixi (gün, ay, il) və doğum yeriniz;

 

- Təhsil aldığınız orta məktəb;

 

- Təhsil aldığınız ali təhsil (və ya orta ixtisas) müəssisəsi (bitirdiyiniz il və ixtisas da daxil)

 

- Telefon nömrəniz (votsap nömrəsi də əlavə edin);

 

- Elektron poçtunuz (e-mail);

 

- İşlədiyiniz orta məktəb;

 

(Bundan sonrakı bölmələrin hər biri isə ayrıca meyardır və qarşısında qeyd olunan müvafiq bal üzərindən qiymətləndiriləcəkdir.)

 

- Öz müəllimlik hekayənizi yazın - Fəaliyyətiniz haqqında ətraflı məlumatları qeyd edin (hansı metodlarla dərs keçirsiniz, innovativ metodlarınız hansılardır, dərsdən sonra sosial fəaliyyətləriniz nələrdir, qeyri-formal tədris çərçivəsində hansı işləri görürsünüz, şagirdlərlə ünsiyyət və davranışlarınızı necə qurursunuz və s.); - 20 bal üzərindən

 

- Məktəbdənkənar, cəmiyyət üçün gördüyünüz faydalı işlərinizi qeyd edin; - 10 bal üzərindən

 

- Müəllim həmkarlarınıza dəstək olmaq məqsədilə etdiyiniz işlərinizi qeyd edin;  - 10 bal üzərindən

 

- Sizi bir müəllim kimi digərlərindən fərqləndirən nədir və özünüzü şagirdlərə necə sevdirirsiniz? – 10 bal üzərindən

 

- Şagirdlərinizin uğurları və nəticələri (şagirdlərinizin olimpiada, ali təhsil, yarışmalar və d. uğurları - konkret olaraq şagirdinizin adını və uğurlu nəticəsini qeyd edin); - 10 bal üzərindən

 

 - Sizin öz uğurlarınız və imtahan nəticələriniz (ali məktəbə və işə daxil olarkən topladığınız balları, təltif edildiyiniz mükafatları, müəllifi olduğunuz layihələri, iştirak etdiyiniz yerli və beynəlxalq seminarları, tədbirləri və s. qeyd edin); - 5 bal üzərindən

 

- Dərslərinizə aid videogörüntülərin keçidləri (Mütləq Yutub (Youtube.com) linkləri olmalıdır) -10 bal üzərindən

 

Dərsdənkənar, məktəbdənkənar və digər fəaliyyətlərinizin video keçidləri (Mütləq Yutub (Youtube.com) linkləri olmalıdır); – 10 bal

 

- Digər ölkələrdən olan müəllim və şagirdlərlə hansı əlaqələr qurmusuz? – 5 bal üzərindən

 

- Sosial şəbəkə hesablarınızın keçidləri və fəalliyyətinizə dair media linkləri; - 5 bal üzərindən

 

- Şagirdlərinizlə çəkdirdiyiniz ən azı 3 foto əlavə edin; - 5 bal üzərindən

 

Beləliklə, bütün meyarlar üzrə cəmi 100 bal üzərindən hər bir iştirakçı qiymətləndiriləcək.

 

Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: 1-ci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan formu doldurmalı, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər. 2-ci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilmiş ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər. Yoxlama prosesinin iyul və avqust aylarında baş tutması planlaşdırılır. Sentyabrın ilk 10 günlüyündə ilk nəticələr (50 müəllim) müəyyənləşdiriləcək və seçilən 50 müəllim ictimaiyyətə elan olunacaq.

 

Onlar arasından isə yalnız 10 müəllim isə 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək. Final mərhələsində həmin 10 müəllim AzEdu.az-ın sorğu panelində ictimaiyyət üçün elektron səsverməyə təqdim ediləcək.

 

Qeyd edək ki, “İlin Gənc Müəllimi - 2020” müsabiqəsinin sonunda təqdimat və mükafatlandırma mərasimi keçiriləcək. Əvvəlki illərdəki ənənəyə sadiq olaraq təltifetmə mərasiminin Milli Məclisdə keçirilməsi planlaşdırılır.

 

Məlumat üçün bildirək ki, müsabiqənin meyarları “Qlobal Müəllim Mükafatı” müsabiqəsinin kriteriyalarına  uyğunlaşdırılıb.

 

Müraciət etmək üçün son tarix: "İlin gənc müəllimi-2020" müsabiqəsinə müraciət tarixi 28 iyuladək artırıldı, saat 18:00.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları