Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-29 12:35:00
“Virtual məktəb”də STEAM təhsili üzrə növbəti vebinar

İyulun 1-də “Virtual məktəb” platforması üzərindən şagirdlər üçün STEAM təhsili üzrə növbəti vebinar təşkil ediləcək.

 

Təhsil Nazirliyindən Azedu.az-a verilən məllumata görə vebinarın budəfəki mövzusu “Minecraft ilə öyrən” adlanır. Vebinar ərzində “Minecraft” təhsil platformasının lisenziyalarının şagirdlərə verilməsi prosesindən söhbət açılacaq. Bu təhsil platformasının şagirdlərdə formalaşdırdığı bacarıqlar barədə müzakirə aparılacaq.

 

Qeyd edilib ki, sözügedən təhsil platforması şagirdlərdə bloklar və digər alətlərdən istifadə edərək öz dünyalarını inşa etmək imkanı yaradır. Həmçinin şagirdlər sinif yoldaşları ilə birgə öyrənə və yaratdıqları portfolioları nümayiş etdirə bilərlər.

 

Maraqlananlar https://bit.ly/2YJRgDX linkinə daxil olaraq iyulun 1-i saat 17:00-da vebinarı canlı şəkildə izləyə bilərlər.