Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-26 18:00:00
"MİQ-in  ayrı-ayrı bölgələrdə təşkili ilə bağlı müzakirələr aparılır"-Gülər Hüseynova

“MİQ-in online şəkildə keçirilməsi müzakirə edilmir”.

 

 

AzEdu.az xəbər verir ki, bunu “Yaradıcı müəllimlər” layihəsinin ideya müəllifi, kurikulum təlimçisi  Gülər Hüseynova şəxsi facebook səhifəsində yazıb.

 

 

O, MİQ-lə bağlı qaranlıq məqamlara aydınlıq gətirib.

 

 

“MİQ-in sanitar tələblər daxilində keçirilməsi prosesi qüvvədədir. İmtahanı online şəkildə keçirmək müzakirə edilmir. Epidemioloji vəziyyətdə hər hansı ciddi mənfi gedişat olmasa, imtahan təxirə salınmayacaq. Müsabiqəninin iyul ayının ikinci yarısı, yaxud sonu həyata keçirilməsi planlaşdırlır. Müəllimlərin işə qəbulunun ayrı-ayrı bölgələrdə təşkili ilə bağlı müzakirələr aparılır. Bu, texniki şərtlərlə bağlıdı və bununla bağlı məlumat veriləcək”.

 

 

Gülər Hüseynova MİQ-in təxirə salınması ilə bağlı şaiyələrə heç kəsin  fikir verməməsini tövsiyə edir.

 

 

“Çünki  yaxın bir vaxta imtahanda iştirak edəcək namizədlər həssas dönəm keçirirlər. Bir tərəfdən imtahana hazırlıqla bağlı yorğunluq, digər tərəfdən də boş-boş şayiələr namizədlərin əsəbini tarıma çəkir. Təhsil Nazirliyinin ölkədəki mövcud vəziyyəti nəzərə alaraq müsabiqənin  sanitar tələblər daxilində təşkili üçün ən optimal yolu düşünəcəyinə inanırıq. İmtahana hazırlaşan hər kəsə uğurlar arzu edirik”.

 

 

Qeyd edək ki, MİQ-in iyul ayı ərzində keçirilməsi nəzərdə tutulub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları