Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 17:24:12
Türkiyədə magistratura oxumaq istəyənlərin tez-tez qarşılaşdığı suallar – CAVABLAR AZEDU.AZ-DA

AzEdu.az xaricdə təhsil məsələləri ilə bağlı silsilə yazı və layihələrə start verib.

Bu layihə əsnasında xaricdə təhsilin qeydiyyat məsələlərindən tutmuş, imtahan proseduraları, müxtəlif xaricdə təhsil proqramları barəsində ətraflı məlumat veriləcək.

Bu dəfə təqdim edəcəyimiz yazıda Türkiyədə magistratura pilləsi üzrə təhsil almaq  istəyənlərin tez-tez verdiyi suallara cavab tapmaq olar.

Qeyd edək ki, mövzu ilə bağlı bilgiləri AzEdu.az-a CELT Xaricdə Təhsil Mərkəzinin Türkiyədə təhsil üzrə koordinatoru Fərid Kərimov təqdim edir:

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Xüsusilə bakalavr təhsilini xaricdə ala bilməyən tələbələr, magistr təhsilini xarici universitetlərdə davam etdirmək istəyirlər. Bu ölkələr sırasında Türkiyədə təhsil almaq istəyənlər daha çox olur. Həm bizə yaxın olması, mədəniyyətlərin oxşarlığı və təhsilin yüksək səviyyədə olması tələbələr bu ölkəni seçməyə imkan verir.

Türkiyədə həm dövlət universitetlərində, həm də özəl universitetlərdə  magistr təhsili ala bilərsiz.

Dövlət universitetlərində necə təhsil ala bilərəm?

Türkiyədə demək olar ki, bütün bölgələrində dövlət universitetləri var. Bunun ən çoxu İstanbul, Ankara və İzmir şəhərlərinin payına düşür. Təhsil haqqı az olduğu və keyfiyyətli təhsil olduğu üçün dünyanın bir çox ölkəsindən burda oxumaq üçün müraciət edən tələbələr var. Bu da onu göstərir ki, qəbul üçün rəqabət güclüdür.

Magistr təhsili tezli və tezsiz olaraq iki yerə ayrılır. Tezli proqram oxuyanlar sonrada doktorantura təhsili ala bilər, tezsiz proqram oxuyanlar doktoranturaya müraciət edə bilməz. Tezli ilə tezsiz proqramın başqa heç bir fərqi yoxdur. Türkiyədə dövlət universitetlərində oxumaq üçün baçlıca şərt təhsil almaq istədiyiniz ixtisas, bakalavr pilləsində oxuduğunuz ixtisas ilə eyni və ya yaxın sahə olmalıdır. Növbəti şərt bakalavr pilləsində oxuduğunuz müddətdə GPA (ortalama bal) yaxşı olmalıdır. Ən az 80-dən aşağı olmasa qəbul şanısınız yüksək olar. Tezli proqramda oxumaq üçün demək olar bir çox universitetlər ALES imtahanı tələb edir. Bundan əlavə ortalama balınız, ixtisasın eyni olması şərtdir. Ayrıca bəzi universitetlər müsahibəyə çağıra bilər.

Tezsiz proqramlar üçün ALES şərti yoxdur. Əgər ixtisası dəyişmisinizsə, sizə əlavə olaraq müsahibəyə mütləq çağracaqlar və sizə seçdiyiniz ixtisasla bağlı sual verəcəklər. Tezsiz proqramlara qəbul olmaq daha rahatdır, nəinki tezli proqramlara.

Həm tezli, həm də tezsiz proqramlarda əgər türkcə oxumaq istəsəniz sizdən TÖMƏR imtahanı tələb edəcəklər. Bu imtahan türk dili imtahanıdır və türk dili biliyinizi təsdiq etmək üçün verilir. Bu imtahan  öncədən də verə bilərsiz. Əks halda universitetə başlayanda sizi test edəcəklər, əgər uğurlu olarsa birbaşa universitetə başlayırsız, uğursuz olarsa, hazırlıq keçirsiz.

Əgər ingiliscə proqram seçsəniz, sizdən TOEFL imtahanı tələb edəcəklər. TOEFL imtahanı sizin ingilis dili biliklərinizi təsdiq etmək üçün verilir.

Təhsil haqqı nə qədərdir?

Dövlət universitetlərində təhsil haqqı, təxminən, 500-2000 manat arasındadır. Amma bəzi tezsiz proqramlar var ki, bahadır. Məsələn Marmara universitetində tezsiz proqramlar 10.000 TL-dir.

Özəl universitetlərdə magistr təhsili

Dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də bir sıra özəl universitetlər dövlət universitetlərindən üstündür. Təhsil haqqı yüksək olsa da, tələbəyə dəyər vermək, daha yaxşı təhsil sisteminin olması və s. üçün özəl universitetlər seçilir. Özəl universitetlərə qəbul üçün ortalama balınız və TOEFL (ingiliscə proqramlar üçün), TÖMƏR (Türk dili proqramlar üçün) imtahanları tələb olunacaq. Əlavə olaraq əzl universitetlərdə nəticələri yaxşı olan tələbələrə təqaüd verilir. Təhsil haqqı 2000 dollardan başlayır.

Qəbul üçün nə etməliyəm?

Türkiyə universitetlərinə yüzlərlə gəncin qəbul işini görən CELT Colleges, sizin də Türkiyədə təhsil almaq xəyallarınızı reallığa çevirə bilər. Biz sizə universitet seçimi, yataqxana sifariş etmək, qəbul prosesi, ixtisas seçimi və s. işlərdə xidmət göstərməyə hazırıq. Əgər zəmanətli qəbul olmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiz

 Ətraflı məlumat üçün:  http://www.celt.az