Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-03 14:12:00
Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri İnformasiya Texnologiyaları İnstitutunda təcrübə keçəcəklər  

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutu arasında tələbələrin istehsalat təcrübəsi keçmələrinə dair müqavilə imzalanıb.

 

İnstitutdan AzEdu.az-a verilən məlumata görə, müqaviləyə əsasən, MDU-nun Bakı filialının Tətbiqi riyaziyyat fakültəsinin IV kurs tələbələri avqustun 31-dən sentyabrın 12-dək İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçəcəklər.

 

İnformasiya texnologiyaları sahəsində tədqiqat aparan tələbə-gənclərə institutda istehsalat təcrübəsi müddətində nəzəri və texnoloji biliklər aşılanacaq. Həmçinin tədqiqat mövzusu ətrafında araşdırma aparmaq, əlaqəli işlərin icmalını hazırlamaq, elmi mənbələrin axtarışı, beynəlxalq təcrübədə mövcud olan qiymətləndirmə üsullarının tədqiqi, məsələnin qoyuluşuna uyğun olaraq metodun seçilməsi və tətbiqi, hesablamaların aparılması və əsaslandırılması, tədqiqat zamanı əldə edilmiş nəticələrin təqdim olunması bacarıqları inkişaf etdiriləcək.