Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-01 13:19:00
"İnternetin  zəifliyindən  şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur"-Sabir Rüstəmxanlı

Pandemiya ilə əlaqədar olaraq sözsüz ki, onlayn dərslər keçirir. Amma bizə çatan məlumatlara görə, bu dərslər şagirdlərin 25-30 faizini əhatə edə bilir. Bir çox rayon və kəndlərdə internet zəif olduğu üçün şagirdlərin onlayn dərslərdə iştirakı mümkün olmur.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deputat Sabir Rüstəmxanlı deyib.

 

Rüstəmxanlı bu məsələnin həll edilməsi üçün müvafiq addım atılmasını vacib sayıb:

 

“Nazirlər Kabinetindən xahiş edirk ki, bu məsələyə diqqət ayırsın”.

 

Deputat daha sonra deyib ki, Qarabağ məsələsi bizim milli məsələmizdir:

 

“Bu heç kimin inhisarında olacaq məsələ deyil. Vaxt keçir, təəssüflər olsun ki, problem həll edilmir. Millətin tarixi keçmişi, gələcəyi bununla bağlıdır. Bu millətin mövzusudur. Hesab edirəm ki, erməni tərəfinin həyasızlığı, bu reallıqla dünyanı barışdırmaq cəhdləri bizi düşündürməlidir. Təklif edirəm ki, ildə 1 və ya 2-dəfə Milli Məclisdə müəyyən görüşlər keçirilsin, müvafiq nazirlik və qurumların nümayəndələri parlamentə gələrək bu mövzuda bizi məlumatlandırsın, müzakirələr təşkil edilsin”.

Modern.az