https://www.zirve.edu.az/
24.05.2020 13:00
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib

2020-ci ilin 23 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Ramazan bayramı ilə əlaqədar MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.

 

AzEdu.az xəbər verir ki, ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş Əli Məmmədov, Qəhrəman Kələşov, Mirzə Gumayev, Arif Tağıyev, Gilə Ələkbərova və digər əməkdaşlarla görüşən HİK üzvləri onları Ramazan bayramı münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər. Ramazan ayının insanları birliyə və mərhəmətə dəvət etdiyinin qeyd olunduğu görüşlərdə tezliklə qlobal pandemiyanın başa çatacağına əminlik ifadə olunub.

 

Ziyarət olunan MDU əməkdaşlarına cansağlığı dilənib, Ramazan ayının hər bir ailəyə bol ruzi-bərəkət gətirməsi arzulanıb.

 

MDU əməkdaşları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.