https://www.zirve.edu.az/
21.05.2020 14:35
Kolleclərə qəbul olmaq üçün 38 minədək abituriyent elektron ərizəsini təsdiqlədib

Tam (11 illik) orta təhsil bazasında kolleclərə mayın 12-dən başlanan sənəd qəbulu davam edir.

 

 AzEdu.az  xəbər verir ki, sənəd qəbulu onlayn şəkildə iyunun 5-dək aparılacaq. Bu gün saat 12:40-a olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün 37 min 767 abituriyent elektron ərizəsini təsdiqlədib.

 

Xatırladaq ki, ümumi (9-cu sinif) orta təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan martın 1-də keçirilmiş buraxılış imtahanında (I mərhələ) iştirak edən 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq buraxılış imtahanının II mərhələsində iştirak etməlidir.