https://www.zirve.edu.az/
15.05.2020 11:30
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 10-a yaxın şirkətlə əməkdaşlıq memorandumu imzalayıb
Çap et

Azərbaycanda avtomobil servisi sahəsində ixtisaslı peşəkar kadrlara ehtiyac var. Bunu nəzərə alaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsası qoyulanda avtomobil sahəsindəki ixtisaslara üstünlük verildi.

 

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin avtomobil istiqaməti üzrə düzgün peşə seçimi və iş imkanları ilə bağlı təşkil etdiyi vebinarda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimov deyib. O bildirib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 10-a yaxın şirkətlə əməkdaşlıq memorandumu imzalayıb. Bu, tələbələrimizin təcrübə keçməsinə, məzunlarımızın işlə təmin olunmasına imkan verir.

 

Orxan Rəhimov diqqətə çatdırıb ki, mərkəz texnika və texnologiyalarla tam təchiz olunub. Əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirmək üçün hər cür şərait yaradılıb.

 

Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanır.