Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-11 10:26:00
"2" alan və ya nəticəsi ilə razı olmayan şagirdlər yenidən buraxılış imtahanı verə bilər?-Rəsmi CAVAB

Məlum olduğu kimi koronavirus pandemiyasının yarada biləcəyi təhlükəli vəziyyəti nəzərə alaraq kütləvi imtahanlar birmərhələli və müəyyən qaydalarla keçiriləcək.

Bu qərara əsasən 9-cu siniflərin buraxılış imtahanları da yalnız bir dəfə olacaq. Lakin birinci istiqamət üzə Bakı, Şirvan, Naxçıvan məktəbliləri buraxılış imtahanında iştirak edib və onların nəticələri 70 ballıq şkala ilə hesablanıb.

 

DİM-dən AzEdu.aza verilən məlumata görə, 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 ballıq şkalaya uyğunlaşdırılacaq. Həmin şagirdlər yaxın günlərdə DİM-in saytına  daxil olub öz nəticələri ilə tanış ola biləcəklər. Nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda, II mərhələ imtahanında iştirak edə bilərlər. Bunun üçün şagirdlər təhsil aldıqları məktəbə müraciət edəcəklər.

Qeyd edək ki, imtahan tarixlərinin də yaxın günlərdə elan olunacağı gözlənilir.