Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-30 15:43:00
Uşaq bağçalarının da açılması gözlənilmir

“Hazırkı vəziyyyətdə uşaq bağçalarının da açılması uyğun görünmür”. 

 

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib. 

 

O bildirib ki, qanunvericiliyə əsasən, uşaq bağçaları yerli icra orqanlarının tabeliyindədir:

 

“Təhsil Nazirliyi yalnız bağçaların məzmun tərəfini müəyyən edir. Ancaq öz növbəmdə bildirmək istəyirəm ki, körpə yaşlı uşaqların bağçalara gedişini yaranmış vəziyyətdə necə düşünə bilərik? Təhlükə yaşından asılı olmayaraq hər kəs üçündür. Hər bir insanı qorxudub. Uşaqlar da əsas qrupdur”.