Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-02 12:58:00
Cənubi Koreya təhsili normal rejimə qayıdır

Cənubi Koreyanın rəsmi dairələri ölkə məktəblərində tədris ilinin aprelin 9-da başlayacağını təsdiqləyib.

 

"KoreaTimes"in məlumatına əsasən, ancaq distant təhsildən keçid tədricən həyata keçiriləcək.  Təhsil Nazirliyindən verilən bilgiyə görə,  aprelin 9-da orta məktəblərin üçüncü, eləcə də yuxarı məktəblərin üçüncü sinif şagirdləri dərsə başlayacaqlar.  Aprelin 16-da yeni tədris ili orta və yuxarı məktəblərin birinci, ikinci sinif şagirdləri və ibtidai məktəblərin dördüncü, altıncı sinifləri üçün başlanacaq.

 

Uşaq bağçalarının yenidən işə salınması isə qeyri-müəyyən müddətə təxirə salınıb. Təhsil Nazirliyində tədrisin,  tədricən  onlayn və offline dərsləri birləşdirən bir sistem halında tətbiq olunacağını istisna etmirlər.
Bundan başqa, vahid dövlət imtahanının dekabrın 3-nə keçirilməsi barədə qərar qəbul edilib.

 


Məktəblərin açılması ilə heç də hamı razı deyil. Belə ki, Xoşməramlı Müəllimlər Hərəkatı adlı təşkilat  iki gün ərzində ölkə daxilində 4 mindən artıq müəllim arasında onlayn sorğu keçirib. Nəticələr göstərib ki, respondentlərin 73% - i məktəblərin bağlanmasının uzadılmasının zəruri olduğunu bildirib.

 

Müəllimlərin, təxminən 21% - i məktəblərin qrafikə uyğun olaraq  aprel ayının 6-da açılmasında israr edib, 6% isə bu barədə  qərar qəbul edə bilməyəcəyini söyləyib.

 

Məktəblərin açılmasını təxirə salmaq istəyənlərin təxminən 60%-i  yaz semestrinin onlayn dərslərdən başlamalı olduğunu, 18% isə onlayn və offline semestrlərin eyni zamanda hərəkətə keçməli olduğunu bildiriblər.