https://www.zirve.edu.az/
28.03.2020 11:39
Qədim qitənin qalıqları tapıldı
Çap et

Alimlər Kanadanın şimalında Kimberlit vadisində fraqmentləri Atlantik okean üzrə səpələnmiş ən qədim qitənin qalıqlarını aşkar ediblər.


AzEdu.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ən qədim kontinental yer qabığının – Şimali-Atlantik platformanın fraqmenti Baffin adasında, Kanadanın materik hissəsi və Qrenlandiya adası arasında aşkar edilib. 


Tapıntı haqqında geoloqlar “Journal of Petrology”də nəşr olunmuş məqalədə məlumat veriblər.


Qiymətləndirmələrə görə, Şimali-Atlantik platforması təxminən 150 milyon il əvvəl hissələrə parçalanıb. Onun qırıntıları indiyədək Qrenlandiya, Şotlandiya və Labrador adasında tapılıb.


Tapılmış fraqment sayəsində alimlər Şimali-Atlantik platformasının onların güman etdikləri ölçüdən 10% daha böyük olduğunu müəyyən ediblər.