Bakı şəhərindəki "Sağlam təhsil" siniflərində təhsil alan şagirdlər də ölkədə elan olunan izolyasiya tədbirlərinə qoşularaq şagird yoldaşlarını, müəllimləri #evdəqal aksiyasına dəvət ediblər.
Qeyd edək ki, umumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” pilot layihəsinin tətbiqinə 2014-2015-ci tədris ilindən başlanılıb. Hazırda Bakı və Sumqayıt şəhərlərində 50 məktəbin 244 sinfində layihə üzrə təhsil alan şagirdlərin sayı 4500 nəfərdən çoxdur. Bunlardan 7 məktəb xüsusi tipli, 4-ü isə inklüziv sinifləri olan məktəbdir.