https://www.zirve.edu.az/
25.02.2020 15:03
Nazir müavini Firudin Qurbanov Zərdabda vətəndaşları qəbul edib
Çap et

Fevralın 25-də Təhsil nazirinin müavini Firudin Qurbanov Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Zərdab rayon sakinlərini qəbul edib.

 Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.

 Qəbulda sözügedən bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

 Qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.(Azərbaycan müəllimi)