https://www.zirve.edu.az/
24.02.2020 13:03
“Azərbaycan naminə” esse müsabiqəsi davam edir  
Çap et

"Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi elan edib.

Azərbaycan İlahiyyat İnstitutundan AzEdu.az-a  bildirilib ki, müsabiqədə bu ali təhsil müəssisəsi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Memarlıq və İnşaat, Bakı Mühəndislik, Bakı Slavyan, Gəncə və Lənkəran Dövlət universitetlərinin tələbələri iştirak edə bilərlər.

Esse müsabiqəsinə təqdim olunan yazılar “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi”, “Mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Müsabiqədə iştirak etmək istəyən tələbələr esseləri martın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qaliblər 1-ci yer 800 manat (1 nəfər), 2-ci yer 600 manat (2 nəfər), 3-cü yer 400 manat (3 nəfər), həvəsləndirici yer 150 manat (5 nəfər) olmaqla mükafatlandırılacaq.