https://www.zirve.edu.az/
19.02.2020 09:54
Alim Avstriyada Beynəlxalq simpoziumda
Çap et

AzEdu.az xəbər verir ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Samirə Rüstəmova   Avstriyanın  Tulln şəhərində keçirilən Bitki Seleksiyası Cəmiyyətinin “Rəqəmsal Bridinq” mövzusunda  Beynəlxalq  simpoziumda  iştirak edib.

Rüstəmova akademik İradə Hüseynova və Almaniyanın Bonn Universitetinin professoru Ali Ahmad Naz ilə birgə “Quraqlıq stresi şəraitində davamlılığına görə fərqlənən buğda genotiplərinin DREB transkripsiya faktorunun ekspressiya divergensiyası” mövzusunda tədqiqat işini simpoziumda təqdim edib.

Bitki Seleksiyası Cəmiyyəti 1991-ci ildə Göttingen şəhərində yaradılıb və hazırda 850-dən çox üzvü var. İki ildən bir cəmiyyət tərəfindən bitki seleksiyasının aktual məsələlərinə həsr olunan elmi simpoziumlar təşkil edilir. Simpoziumların keçirilməsində məqsəd bitki seleksiyasında yeni axtarışları qlobal bir missiya kimi qiymətləndirilərək, beynəlxalq platformada müzakirə etməkdir.  İnstitutdan bildirilib ki, bu dəfəki simpoziumun da əsas mövzusu iqlim dəyişikliyi fonunda planetin qida təhlükəsizliyi probleminin həllində rəqəmsal metodların tətbiqinə həsr olunub. S.M. Rüstəmovanın təqdim etdiyi tədqiqat işi simpozium iştirakçılarının marağına səbəb olub və  geniş müzakirə edilib. (Azərbaycan müəllimi)