https://www.zirve.edu.az/
18.02.2020 09:46
Koronavirus şübhəsilə xəstəxanaya yerləşdirilən tələbələr evə buraxıldı - RƏSMİ
Çap et

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb. 

 Səhiyyə Nazirliyindən AzEdu.az-a verilən xəbərə görə, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

 Onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

 Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Onun vəziyyəti normaldır, heç bir şikayəti yoxdur.