Azedu.az

Regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndiriləcək

Təhsil Nazirliyi

Peşə təhsili-faydalı məlumat və xəbərlər

15 Fevral 2020, 14:46
Regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndiriləcək

Regionların sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq, işsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndiriləcək və idarəetmə sistemi təkmilləşdiriləcək.

AzEdu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planında əksini tapıb. Tədbirlər Planına əsasən işin icrası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olacaq.

Xatırladaq ki, indiyə qədər bu sahədə 4 yeni regional peşə təhsili mərkəzi yaradılıb (Lənkəran və Şəki şəhərləri, Quba və Bərdə rayonları) və idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı müəyyən tədbirlər həyata keçirilib.

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox