https://www.zirve.edu.az/
15.02.2020 11:40
DİM ingilis dili üzrə beynəlxalq imtahanlar keçirir
Çap et

Dövlət İmtahan Mərkəzində 10-14 fevral tarixlərində ingilis dili üzrə növbəti beynəlxalq imtahanlar keçirilib.

AzEdu.az bu həftə ərzində 5 nəfər (1 yerli və 4 əcnəbi) “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını verib. Akademik ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsini nəzərdə tutan 3 saatlıq onlayn imtahanda iştirakçıların oxu, yazı, dinləmə və ünsiyyət bacarıqları yoxlanılıb. “Ən tez və ədalətli” (fast&fair English test) sayılan PTE-A imtahanının nəticələri 1-2 iş günü ərzində onlayn şəkildə elan edilir və 60-dan çox ölkənin müxtəlif ali təhsil müəssisələrində qəbul edilir.

İmtahanların gedişi zamanı iştirakçıların bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 Qeyd edək ki, imtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.