https://www.zirve.edu.az/
13.02.2020 12:54
Macarıstanda 2020-2021-ci tədris ili üçün təqaüd proqramı
Çap et

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir. Magistratura səviyyəsi üzrə elan olunan təqaüd proqramının təhsil müddəti iki ildir.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri 28 fevral 2020-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Tələb olunan sənədlər və digər məlumatlarla keçiddən tanış ola bilərsiniz.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatla elan vasitəsilə məlumat almaq mümkündür.