Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-11 12:00:00
Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Türkiyəyə səfər edib

Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Bu barədə  məlumat verən rektor səfərin əsas məqsədinin Türkiyənin qabaqcıl universitetləri ilə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi sahəsində əməkdaşlıq, tələbə-müəllim və təcrübə mübadiləsi, ikili diplom kimi məsələlərin müzakirəsi olduğunu bildirib.

Qeyd edilib ki, görüşlər, əsasən, Türkiyənin qabaqcıl araşdırma və elmi-tədqiqat universitetlərində keçiriləcək. Qardaş ölkənin bu ali təhsil müəssisələrinin elmi təcrübələri və onların əmək bazarında əlaqələri öyrəniləcək. Bundan əlavə, Türkiyənin ən böyük ali təhsil müəssisələrindən olan İstanbul Texniki Universitetinin texnoparklarının innovasiya mərkəzlərinin təcrübələri ilə yaxından tanış olunacaq.

V.Vəliyev yaxın vaxtlarda genişmiqyaslı əməkdaşlıq müqavilələrinin imzalanmasının planlaşdırıldığını bildirib.