Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 16:25:00
UNEC Google akademik istinadlar reytinqində liderdir

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali məktəbin  Texnologiya və dizayn fakültəsinin elmi fəaliyyətinin hesabatı təqdim edilib. 

AzEdu.az ali təhsil müəssisəsinin tədqiqat universitetinə çevrilməsi ilə əlaqədar görülən işlərdən və qarşıda duran vəzifələrdən danışan professor Sakit Yaqubov universitetin tədqiqatla məşğul olan alimlərinin xarici ölkələrdə impakt faktorlu jurnallarda dərc etdirdikləri məqalələrdən söz açıb.

 S.Yaqubov Webometrics reytinq təşkilatının 2020-ci ilin yanvar ayında açıqladığı “Google akademik istinadlarına görə ən yaxşı universitetlər” reytinqində UNEC-in Azərbaycan üzrə lider olduğunu bildirib.

 Adıçəkilən fakültənin dekanı, professor Vəkil Hüseynov kafedralarda yerinə yetirilən elmi tədqiqat işlərinin yekunlarına dair  hesabatı təqdim edib.  Fakültənin keçirdiyi elmi tədbirlər, kafedralar tərəfindən nəşr edilən elmi əsərlər, impakt faktorlu jurnallarda dərc olunan məqalələr barədə məlumat verilib, qarşıda duran hədəflər göstərilib.