AMEA-nın Fəlsəfə İnstitutunda aprelin 21-də “Süni intellekt və yaxın gələcək: problemin fəlsəfi-etik və hüquqi aspektləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu aparılır.
AzEdu.az-ın məlumatına görə, institutdan bildirilib ki, konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini aprelin 2-dək elmi katibliyə təqdim etməlidirlər. Məqalələr Azərbaycan, ingilis və fransız dillərində qəbul olunur.
Məruzələrin tərtibi qaydaları:
- Həcm 6-7 səhifə, format A4, ölçü 14, şrift “Times New Roman”, hər tərəfdən 2,0 santimetr, 1,5 interval, abzas 1,25;
- Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli, istinadlar kvadrat mötərizədə olmalı, mənbənin nömrəsi, səhifə qeyd edilməlidir.