Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 11:08:00
ADNSU-nun İsrail – Azərbaycan Təlim Mərkəzində veb proqramlaşdırma kursları

Azərbaycan  Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İsrail – Azərbaycan Təlim Mərkəzində  veb proqramlaşdırma kurslarının ilk dərsi keçirilib.

AzEdu.az xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı tədris mərkəzi və auditoriyalarla tanış olub,  kurs iştirakçıları ilə görüşüb. Veb proqramlaşdırmanın əhəmiyyətindən və gənclər üçün perspektivlərindən danışan rektor M.Babanlı tədris mərkəzində gənclərin bu istiqamətdə bilik almaları üçün hər cür şərait yaradıldığını deyib.

 İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirirərək, İsrailin İT və yüksək texnologiyalarla bağlı təcrübəsi əsasında bu sahəyə maraq göstərən gənclərə burada  yüksək səviyyəli dərslər keçiriləcəyini deyib.

 Hazırda kursda 9 tələbə və 15 müəllim olmaqla, 24 nəfərin iştirak etdiyini deyən İsrail – Azərbaycan Təlim Mərkəzinin rəhbəri Elnur Səfərli Full stack development kursunun bütün tədris materiallarının İsrail tərəfindən verildiyini deyib.

 Qeyd edək ki, 500 saatlıq kurs həftədə 4 gün olmaqla, hər gün 3 saat müddətində 10 ay davam edəcək.  Təlim mərkəzində məsləhət komitəsi fəaliyyət göstərəcək, bu məsləhət komitəsinə verilən tapşırıqlar və layihələr əsasında kursun yekununda tələbələrin təqdim edəcəyi layihələr üzrə qiymətləndirmə aparılacaq. Kursu bitirənlərə “Məzun sertifikatı”, layihəni təqdim edə bilməyənlərə “İştirak sertifikatı” veriləcək. Sonda tələbələrin bank sektorunda və digər şirkətlərdə işlə təmin olunmasına dəstək göstəriləcək. (Azərbaycan müəllimi)