Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-02 10:18:00
Tələbələr bu halda köçürülmədə iştirak edə bilməz

Artıq tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Proses fevralın 7-dək davam edəcək.

AzEdu.az transferlə bağlı tez-tez ünvanlanan suala cavabı təqdim edir:

Sual:

Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?

Cavab:

Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.

Qeyd edək ki, köçürülmə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları