https://www.zirve.edu.az/
01.02.2020 15:19
Təhsil naziri müəllimlər üçün ayrılan vakant yerlərdən danışdı
Çap et

“Müəllimlik peşəsinə müraciət edənlərin sayı 55 min nəfərə çatıb”.

AzEdu.az  xəbər verir ki, bu sözləri Təhsil Naziri Ceyhun Bayramov fevralın 1-də keçirilən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumunda deyib.

 Nazir qeyd edib ki, ucqar rayonlarda müəllim problemi öz həllini kifayət qədər tapıb:

 “Müəllimlik ixtisası üçün ayrılan vakant yerlər  100 faiz dolub. Bu peşəni seçən insanların sayında böyük artım müşahidə olunur”.

 Qeyd edək ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları