Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-01 09:22:00
Təhsil naziri Koreya Respublikası İnha Universitetinin nümayəndə heyəti ilə görüşüb

Yanvarın 31-də Təhsil naziri Ceyhun Bayramov Koreya Respublikasının İnha Universitetinin Qlobal təhsil layihələri qrupunun dekanı Kiyon Çöhün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki,  görüş zamanı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının təsis edilməsi istiqamətində müzakirələr aparılıb. Bu məqsədlə hər iki universitet arasında imzalanmış anlaşma memorandumu yüksək qiymətləndirilib.

 

Görüşdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op da iştirak edib. (Azərbaycan müəllimi)