Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 10:14:00
Valideynin  övladına keçiriləcək xarici dili seçmək hüququ var? - Cavab

Əcnəbi dil bilgisinin orta məktəbi bitirən yeniyetmə üçün hansı qapıları açdığı çoxlarına məlumdur. Bu baxımdan övladına orta ümumtəhsil müəssisəsində hansı köməkçi əcnəbi dilin keçirilməsi valideynlərin marağındadır.

Ümumiyyətlə, əlavə hansı dilin keçiriləcəyini məktəb müəyyənləşdirir? Yoxsa, valideynin seçim hüququ var?

AzEdu.az məlumat verir ki, bəzi məktəblərdə bu qaydaya riayət edilməsə də, xarici dil seçimi məsələsində valideynin seçim hüququ var. Bu kimi məsələlər 2019-2020-ci ilin Tədris planına dair qeydlərində əks olunub. “Qeydlər”ə görə, bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni və ya digər qanuni nümayəndəsi tərəfindən seçilir. Təbii, məktəbdə müvafiq pedaqoji kadr potensialı və maddi-tədris bazası olduğu halda.

Valideynlərin seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Amma bu halda aşağıdakılar nəzərə alınmalıdır:

-Həmin sinfin bu iki qrupa bölünməsi;

-Bu qrupların dil seçiminə görə bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə komplektləşdirilməsi.

-Məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması.

Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur.

Qeyd edək ki, müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən imtina yolverilməzdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları